Həmin təyyarə ilə təbii fəlakət zonasında olan azərbaycanlıların Vətənə çatdırılması həyata keçiriləcək
Prezident İlham Əliyevin göstərişinə əsasən Azərbaycan hökuməti adından Fövqəladə Hallar Nazirliyi (FHN) Nepal Federativ Demokratik Respublikasının ərazisində baş vermiş güclü zəlzələ ilə əlaqədar bu ölkəyə humanitar yardım yola salıb. "Report” FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinə məxsus "BE-200ÇS” tipli təyyarə ilə yola salınan humanitar yardıma 1 tona yaxın müxtəlif dərman və tibbi ləvazimatlar, xeyli sayda çadır, ədyal və qablaşdırılmış içməli su daxildir. Ölkə Prezidentinin göstərişinə uyğun olaraq, həmin təyyarə ilə təbii fəlakət zonasında olan azərbaycanlıların təxliyyə edilərək Vətənə çatdırılması həyata keçiriləcək.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !