ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, festival çərçivəsində təxminən 5 milyon hindu on minlərlə camış, keçi və toyuğu qurban verib. Festivalda qurban edilən heyvanların bəxti yaxşı gətirdiyinə və bir hindu ilahəsinin qurban kəsənlərin diləklərini yerinə yetirdiyinə inanılır.
Festival zamanı 5 min camış kütləvi şəkildə qurban edilib. Bu vəzifə üçün xüsusi olaraq seçilənlər bir meydana toplanan camışların boyunlarının arxasına vuraraq ardıcıl şəkildə öldürüb
"Gadhimai Festivalı"nın dünyada ən çox heyvanın qurban edildiyi mərasim olduğu təxmin edilir. Səlahiyyətlilər bu il festivalda qurban edilən heyvan sayının heyvan hüquqları müdafiəçilərinin etirazlarından sonra ötən illərə nisbətən azaldığını söyləyib.
Xatırladaq ki, Nepalda 2009-cu ildə festivalda təxminən 200 min heyvan qurban edilmişdi.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !