Nəqliyyat Nazirliyində daha bir kadr təyinatı

13:16 | 20.08.2015
Nəqliyyat Nazirliyində daha bir kadr təyinatı

Nəqliyyat Nazirliyində daha bir kadr təyinatı

Azərbaycanın Nəqliyyat Nazirliyinə daxil olan strukturlarda daha bir kadr təyinatı baş tutub.

Oxu.Az xəbər verir ki, nəqliyyat naziri Ziya Məmmədovun imzaladığı əmrə əsasən, Ziya Büniyatzadə Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin "Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımalarının Təşkili” MMC-nin rəhbəri təyin olunub.

Qeyd edək ki, Ziya Bünyatzadə bundan əvvəl Azərbaycan Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində administrativ direktor vəzifəsində çalışıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür