Nəqliyyat Nazirliyindən xəbərdarlıq

14:20 | 09.02.2015
Nəqliyyat Nazirliyindən xəbərdarlıq

Nəqliyyat Nazirliyindən xəbərdarlıq

Nəqliyyat Nazirliyi avtomobillərini qeyri-qanuni park edən sürücülərə xəbərdarlıq edib.

ANS TV-nin məlumatına görə, Avropa Oyunları ilə əlaqədar olaraq nəqliyyat sahəsində işlərə start verilib.

Nazirlriyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov bu barədə məlumat verib. O, həm nazirlik əməkdaşları, həm də yol polisinin qanunsuz parklanma ilə mübarizəni gücləndirdiyini deyib. 

Onun sözlərinə görə, yol polisi həmin maşınları inzibati qaydada cərimələsə də, bunun yenə də xeyri olmur. 

"Bunun üçün nəqliyyat müfəttişliyi də çalışır və avtomobili düzgün park etməyən sürücülərə inzibati protokol tərtib edilir". 

Bütün bu tədbirlərin heç bir nəticə vermədiyini deyən Namiq Həsənov bundan sonra gücləndirilmiş iş rejimində işləyəcəklərini qeyd edib. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM