Bakıda ictimai nəqliyyatdakı sürücü özbaşınalıqları 141 çağrı mərkəzinə daxil olan şikayətlərin böyük əksəriyyətini təşkil edir. Bu səhər 173 nömrəli marşrut xəttindəki yüksək sürət və nəqliyyat vasitəsinin qapısı açıq şəkildə idarə olunması ilə bağlı xəbər vermişdik. Məsələni ictimailəşdirmək üçün mövzunu daha ətraflı təhlil etmək və gələcəkdə bu kimi halların yaşanmaması üçün Bakı Nəqliyyat Agentliyinin (BNA) hansı tədbirlər gördüyünü öyrənmək qərarına gəldik. Publika.az-a açıqlamasında qurumun ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin rəhbəri Mais Ağayev daha təmkinli və diqqətli olmaları üçün mütəmadi olaraq istehsalat bazalarında sürücülərlə görüşlər keçirdiklərini bildirdi:
"Daim sürücülərə təlimatlar veririk, məlumatlandırma tədbirləri aparırıq, yol hərəkəti qaydalarını izah edirik. Eyni zamanda, idarə zamanı sürücülərin hüquq və vəzifələri, sərnişinlərlə davranış qaydaları və s. bütün bunları öyrədirik. Təəssüf ki, bütün bunlara rəğmən, yenə də bizim qaynar xəttimizə sürücülərlə bağlı şikayətlər daxil olur.
Peşəkar sürücülərə ehtiyac çoxdur
Düzdür, BNA-nın yaranması və "BakuBus”ların ortaya çıxmasından sonra Bakının ictimai nəqliyyatında xeyli inkişaf nəzərə çarpır. Lakin yenə də sürücülərin mədəniyyətsiz və kobud davranışları, sərnişinlərin həyatını təhlükəyə atması halları ilə qarşılaşırıq. Buna görə, hələ də paytaxtda peşəkar sürücülərə ehtiyac olduğu mütləqdir. Elə M.Ağayev də bu fikri təsdiqlədi:
"Bu gün paytaxımızın ictimai nəqliyyat sektorunda peşəkar sürücülərə ciddi ehtiyac var. Çox təəssüf ki, bu gün sürücüləri BNA işə qəbul etmir. Onlar hər biri öz çalışdığı nəqliyyat firması tərəfindən işə qəbul olunur. Lakin biz indi vahid sürücü bazasının formalaşdırılmasına başlamışıq. Bu da bizə imkan verəcək ki, sürücülərlə bağlı problemin böyük əksəriyyətini həll edək. İslam oyunlarından sonra biz bütün daşıyıcı firmalara göstəriş verdik ki, hazırda çalışan sürücülərlə bağlı bütün informasiyaları BNA-ya təqdim etsinlər. Hazırda bu proses davam edir”.Vahid sürücü bazası nədir?
Deyirlər ki, vaxtilə sürücülər cəmiyyətin ən mədəni, ən səbrli insanları olublar. Təəssüf ki, indi vəziyyət tamam başqa cürdür. Amma vahid sürücü bazası imkan verəcək ki, həmin deyim yenidən gerçək olsun.
Bu bazada bütün sürücülər haqqında peşə fəaliyyəti və digər informasiyalar olacaq. Bir sözlə, sürücülər haqqında bütün informasiyalar bir mərkəzdə toplanacaq. İstənilən halda, tarixçəsində mənfi hallar çox olan sürücülər ictimai nəqliyyatdan uzaqlaşdırılacaq.
M.Ağayev sertifikasiya prosesini qısaca belə izah edir:
Ekspert nə deyir?
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov Publika.az-a açıqlamasında sürücülərin sükan arxasına əyləşərkən ilk növbədə məsuliyyətini dərk etməli olduğunu bildirdi. Onun sözlərinə görə, sürücü bilməlidir ki, səhvi azadlığını itirməsi ilə nəticələnə bilər:
Bir də nəzarət qaydasında olmalıdır. Yol polisi və kameralar tərəfindən ictimai nəqliyyata nəzarət olunmalıdır. Onlara yollarda istədiyi sərbəstliyi vermək düzgün deyil.
"Day-day” və pulla işə qəbula son!
Belə qənaətə gəlmək olar ki, sürücülərin işə qəbulu BNA tərəfindən aparılması təhlükəsizliyi maksimum həddə çatdıraqcaq. Belə ki, əvvəllər bəzi nəqliyyat firmalarının rəhbərliyi "day-day” və ya pul hesabına sürücüləri işə götürürdüsə, indi BNA yalnız sertifikatı olan sürücüləri firmalara göndərəcək. Hansı ki, firmaların seçim imkanı yalnız göndərilən namizədlər arasında olacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !