Nərgiz Yaqublu vəfat etdi

14:27 | 23.04.2015
Nərgiz Yaqublu vəfat etdi

Nərgiz Yaqublu vəfat etdi

Müsavat Partiyası başqanının həbsdə olan müavini Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu vəfat edib.

Qaynar.info xəbər verir ki, bu barədə Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər məlumat verib.

"Dünya və biz bu gözəlliyi itirdik. Tanrı ruhunu şad eləsin”,-deyə İsa Qəmbər bildirib.

Nərgiz Yaqublu ötən il ailə qurub və Moskvada yaşayırdı. O, sarılıq xəstəliyindən (Hepatit C) əziyyət çəkirdi və Tomsk şəhərindəki xəstəxanaların birində müalicə alırdı.

Xatırladaq ki, Tofiq Yaqublu hazırda həbsdədir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM