Türkiyənin məşhur kino və serial ulduzu Neslihan Atagül Bakıya gəlib.
Anews.az xəbər verir ki, gözəl aktrisa və "Pantene" brendinin Türkiyə üzrə siması Neslihan Atagülün Bakıya gəlmə səbəbi "Pantene Altın Kelebek” Mükafatlarının Bakıda keçirilməsidir.
İkinci dəfə Bakıya gələn aktrisa gəlişindən məmnunluğunu dilə gətirib.
"Bakı təmiz şəhərdir. İnsanları istiqanlı və qonaqpərvərdir. Ət qutabınızı sevirəm", - deyə Neslihan bildirib.
Neslihan Atagün bildirib ki, vaxtı az olduğu üçün bu gün qayıtmaq məcburiyyətində qalacaq.
Qeyd edək ki, sabah "Pantene Altın Kelebek” Mükafatlarında mübarizə aparan 7 qadın müğənni səhnəyə çıxacaq.
Bu il Azərbaycanı Mükafatlandırma Mərasimində Xalq artisti Aygün Kazımova, müğənnilər Roza Zərgərli, Səmra Rəhimli, Dilarə Kazımova, Aysel Əlizadə, Xatirə İslam və Günay İbrahimli təmsil edir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !