İsrailin Nazirlər Kabinetinin iqamətgahında korrupsiya və rüşvətxorluq faktı üzrə araşdırma başlayıb.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, araşdırma çərçivəsində İsrailin baş naziri Benyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahunun da ifadəsi alınacaq.
Yaradılan komissiyanın araşdırmanı üç müxtəlif istiqamətdən aparacağı deyilir. İlk mərhələdə son illər Nazirlər Kabinetinin İqamətgahından kənarda, lakin müəyyən müqavilə əsasında xidmət göstərən firmalar və işçilər araşdırılacaq. İkinci mərhələdə hökumət binasında çalışanlar ifadə vermək üçün araşdırma komissiyasına dəvət ediləcəklər. İqamətgah binasında mütəmadi olanlar digər yüksək səviyyəli çalışanların və xidmət göstərən firmaların neçə gün qaldıqları, kimlərlə çalışdıqları araşdırılacaq.
İsraildə bu ilin əvvəlində açıqlanan hesabatda qeyd olunub ki, 2009-2013-cü illlər arasında Nazirlik Kabinetinin İqamətgahında təmizlik və kosmetik təmir xərcləri lazım olduğundan daha artıq olduğu ortaya çıxıb. Hesabata görə, rəsmi qərargahda təmizlik xərcləri 2011-ci ildə 1,1 milyon şekele (təxminən 350 min dollar) olduğu halda Kesariya şəhərindəki özəl qərargahın təmizliyi üçün bir ayda xərclənən pulun həcmi 5 min dolları keçib.
Hesabatda çox miqdarda pulun qonaqlıqlara, çiçəklərin dekorasiyasına, ətirli şamlara, ayaqqabılara və saç ustalarına xərcləndiyi ifadə olunub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !