Braziliya yığmasının hücumçusu Neymar komanda yoldaşı Tiaqo Silvanı təhqir edib. Buna səbəb Silvanın futbol üzrə dünya çempionatı çərçivəsində keçirilən Kosta-Rika ilə oyunda topu rəqibə verməsi olub
Oxu.Az xəbər verir ki, bununla bağlı Globo.com məlumat yayıb.
"Neymarın özünü aparması məni məyus etdi”, - müdafiəçi deyib və bildirib ki, hücumçu onu lənətləyib.
Silvanın fikrincə, Kosta-Rika futbolçularına topun qaytarılması Brazilya yığması üçün vaxtın qənaət edilməsinə səbəb olub.
Qeyd edək ki, həmin oyun zamanı Braziliya 2-0 hesablı qələbəyə sevinib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !