Braziliya milli komandasının ulduzu Neymar dünya çempionatı zamanı meydanda bəzən rəqibləri ilə təmasdan sonra yaşadığı ağrı hissini şişirtdiyini etiraf edib.
Axar.az xəbər verir ki, bu barədə "Gilette Brasil” informasiya yayıb.
"Mənim şişirtdiyimi düşünə bilərsiniz. Hərdən həqiqətən bunu edirəm. Ancaq həqiqət ondan ibarətdir ki, meydanda o ağrını hiss edirəm”, - Neymar bildirib.
Azarkeşlərin məsələ ilə bağlı iradını qəbul etdiyini bildirən Neymar meydanda hərəkətlərində düzəliş edəcəyinə söz verib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !