Milli.Az goal.az-a istinadən xəbər verir ki, Fransa Futbol Federasiyası braziliyalı hücumçunun keçidiylə bağlı olan bütün sənədləri qaydasına salıb. Fransa Liqa 1-in ilk turunu transfer işlərinin tam tamamlanmamasına görə buraxan Neymar 2-ci turda baş məşqçi Unay Emeri şans verəcəyi halda, Paris klubunda debüt edəcək.
PSJ Liqa 1-in 2-ci turunda səfərdə "Guingamp"la qarşılaşacaq. Matç avqustun 13-də, saat 23:00-da keçiriləcək.
Xatırladaq ki, Neymar yay transfer pəncərəsində "Barselona"dan PSJ-yə 222 milyon avroya transfer olub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !