Noyabrın 1-də Kənd təsərrüfatı işçilərinin peşə bayramıdır. ANN.Az xəbər verir ki, Dövlət Fitosanitar Nəzarəti Xidməti bununla əlaqədar olaraq kənd zəhmətkeşlərinə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir ki, 2015-ci ildə müstəqil respublikamızın ictimai-siyasi və sosial-iqtisadi həyatında çox mühüm dəyişikliklər baş verib: "Ölkədə kənd təsərrüfatının inkişafı istiqamətində tarixi əhəmiyyətli qərarlar qəbul olunub və Azərbaycanın aqrar inkişaf modelində yeni mərhələnin başlanğıcı qoyulub.
Möhtərəm prezidentimiz İlham Əliyev cənablarının "2015-ci ilin Azərbaycan Respublikasında "Kənd təsərrüfatı ili” elan edilməsi haqqında” imzaladığı sərəncamı dövlətimizin aqrar sahəyə göstərdiyi diqqətin bariz nümunəsidir. Azərbaycan Respublikasında həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradılıb, aqrar sektorda əsaslı dəyişikliklər baş verib, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşıb, normativ hüquqi baza təkmilləşdirilib. İdarəetmədə səmərəliliyin və şəffaflığın artırılması üçün elektron kənd təsərrüfatı sistemi tətbiq edilməkdədir".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !