Nigeriyada naməlum silahlıların hücumu nəticəsində 1500 məhbus həbsxanadan qaçıb, azı 1 polis əməkdaşı ölüb.
"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli "Vanguard” qəzeti məlumat yayıb.
Bildirilib ki, hadisə aprelin 5-də Nigeriyanın cənubunda yerləşən İmo ştatının Overri şəhərində mərkəzi həbsxanada baş verib.
Məlumata görə, hücum edən silahlılar həbsxananı bir neçə saat nəzarətdə saxlayıblar. Onların həbsxanaya hərbi maşınlarla gəldikləri bildirilib.
www.anews.az