2023-cü ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 15 622 nəfər olub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bunlardan şəhər yerlərində doğulanların sayı 6 019, kənd yerlərində doğulanların sayı isə 9 603 nəfər olub.
Rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 2015-ci ildə 24 038, 2020-ci ildə 17 714, 2021-ci ildə 17 566, 2022-ci ildə isə 18 814 nəfər olub.
2022-ci il Azərbaycanda yaşı 18-ə çatmayan şəxslər tərəfindən doğulan uşaqların sayı 2011 nəfər təşkil edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 361 uşaq çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi anews.az-ın sorğusuna cavab olaraq bildirib.
Bu dövr ərzində yaşı 18 olmayan və nigaha girən qızların sayı 270 nəfər olub.
2021-ci ildə isə bu say 137 nəfər təşkil edib.
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən Azərbaycanda nikah yaşı 18 yaş müəyyən olunub. Yalnız üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !