Nitqi qüsurlu aparıcılar – MTRŞ-dan AÇIQLAMA

09:52 | 26.11.2014
Nitqi qüsurlu aparıcılar – MTRŞ-dan AÇIQLAMA

Nitqi qüsurlu aparıcılar – MTRŞ-dan AÇIQLAMA

Ədəbi dil normasından sapmanı əks etdirən 532 nümunə tədqiqata cəlb olunub.

Xəbər verdiyimiz kimi, bu gün Milli Televiziya və Radio Şurası (MTRŞ) 2014-cü ilin sentyabr-oktyabr aylarına olan hesabatın nəticələrini açıqlayıb.ANN.Az-ın publika.az-a istinadla məlumatına görə, aparılan monitorinq nəticəsində “İTV”, “Xəzər”, “Lider”, “Space”, “ANS” və “ATV” televiziya kanallarının efirlərində dil normalarının pozulması faktı aşkarlanıb. Monitorinqin nəticələrinə görə, ədəbi dil normasından sapmanı əks etdirən 532 nümunə tədqiqata cəlb olunub. Bunlardan 91-i “Xəzər”, 56-sı “İTV”, 89-u “Space”, 97-si “ANS”, 90-ı “Lider”, 85-i isə ATV-də müşahidə olunub. Azərbaycan ədəbi dil normalarını ən çox pozan televiziya kanallarının aparıcıları isə aşağıdakı şəxslərdir: İlqar Mikayıloğlu, Mətanət Əliverdiyeva, Turan (Samir) İbrahimov, Elvin Basqallı, Saleh Bağırov, Mikayıl Güləddinoğlu, Elgiz Əkbər, Zəminə Əliyeva, Natavan Babayeva, Samirə Mustafayeva, Vüsalə Nürəddinqızı, Türkay Verdiyeva, Gülnar Muxtarqızı, Qənirə Ataşova.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür