““Niyə oynamırlar” deyirlər, bəs özləri niyə gəlmir?” - Mahir Mədətov

14:00 | 08.09.2018
““Niyə oynamırlar” deyirlər, bəs özləri niyə gəlmir?” - Mahir Mədətov

““Niyə oynamırlar” deyirlər, bəs özləri niyə gəlmir?” - Mahir Mədətov

Yığmamız UEFA Millətlər Liqasının D Liqasının III qrupunun ilk turunda öz meydanında Kosovo ilə qarşılaşıb və qolsuz heç-heçə edib.

"Qafqazinfo” xəbər verir ki, oyundan sonra millimizin futbolçusu Mahir Mədətov jurnalistlərə müsahibə verib. Mədətov öncə matçla bağlı fikirlərini bildirib:

- Bu gün start heyətində yer alacağınızı gözləyirdiniz? Öz çıxışınızı necə dəyərləndirərdiniz?

- Qərarı baş məşqçi verir. Bu bizdən asılı olan bir şey deyil. Bizim işimiz var gücümüzlə məşq eləməkdir. Məşqlərimiz edirik və Qurban müəllim kiməşans verirsə, o da çıxıb meydanda hər şeyini ortaya qoymalıdır. Bu gün çətin matç oldu. Açıq oyun gedirdi. Bir az ehtiyatlı da davranırdıq. Hamı kompakt oynamağa çalışırdı. Hiss olunur ki, Kosovo əks hücumlara bel bağlayacaq. Maraqlı oyun alındı. Birinci oyun olduğunu nəzərə alsaq, pis keçmədi. Çalışacağıq ki, gələcək matçlarda oyunumuzun keyfiyyətini daha da artıraq.

- İkinci hissənin sonlarında rəqibi qapısına doğru sıxışdıra bildik. Həmin oyunu ilk hissədə sərgiləməyə nə mane olurdu? Taktiki dəyişikliklər oldu?

- İkinci hissədə də oyuna eyni sxemlə çıxdıq. Bəlkə də həyəcan var idi. Birinci hissədə istədiyimiz oyunu sərgiləyə bilmədik. İkinci hissə isə bizim üstünlüyümüzlə keçdi. Yeni turnirdə ilk oyunumuz idi. Hələ öyrəşmə səviyyəsindəyik. Düşünürəm ki, Malta ilə matçda daha yaxşı nəticə qazanacağıq.

 

- Bu gedişatla Kosovonu səfərdə məğlub edə bilərikmi?

- Futbolda hər şey olur. Kosovo yaxşı komandadır. Bunu etiraf etmək lazımdır. Biz də zəif deyilik.

- Malta ilə oyunla bağlı nə deyə bilərsiniz?

- Hələ ki, Kosovo ilə oyunu analiz edirdik. Maltanın oyununu görməmişəm. Analiz edəcəyik. Səfərə qələbə üçün gedirik. Niyyətimiz qrupumuzu birinci pillədə başa vurmaqdır.

- Azarkeşlərin azlığını gördükdən sonra təəccübləndiniz?

- Bəli. Təəccübləndim. Daha çox azarkeş gözləyirdim. Bu milli komandadır. Azərbaycan üçün oynayırıq. Ölkə üçün vacib turnirdir. Bu turniri keçsək, Avropa çempionatında oynamaq şansımız var. İnsan dəstək görməyəndə üzülür. Azarkeşlər "niyə oynamırlar?” deyirlər. Bəs onlar niyə gəlmirlər?

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti