Nizami Piriyevə bu maddələr əsasında cinayət işi başlanılıb

18:18 | 13.05.2015
Nizami Piriyevə bu maddələr əsasında cinayət işi başlanılıb

Nizami Piriyevə bu maddələr əsasında cinayət işi başlanılıb

"Nizami Piriyevin barəsində cinayət işi başlanılıb, hazırda mən işlə tanış oluram”. Bunu APA-ya açıqlamasında həbsdə olan iş adamı Nizami Piriyevin vəkili Muxtar Mustafayev deyib.
 
M. Mustafayev bildirib ki, N. Piriyevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə cinayət işi başlanılıb: "Onun barəsində 3 ay 24 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Başqa saxlanılan şəxslərin olub-olmamasını bilmirəm. İşlə bağlı vəsatətlərimiz, şikayətlərimiz olacaq”.
 
Qeyd edək ki, N. Piriyev PNN Group” şirkətinin təsisçilərindəndir. "PNN Group” şirkətinin əsas aktivləri neft kimyası sənayesində və metanol istehsalı sahəsində fəaliyyət göstərən "AzMeCo” şirkətindədir.
 
"PNN Group” "De Beers” və "Hamley's” brendlərinin tərəfdaşıdır. Nizami Piriyev Azərbaycanda "KFC” restoranlar şəbəkəsinin də qurucularındandır.
 
"PNN Group”un digər sahibi onun oğlu Nəsib Piriyevdir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM