Bakı şəhərinin Nobel prospektində, Nizami parkının ("Luna Park") qarşısında qeyri-qanuni avtomobil parklanması prospektdə (mərkəz istiqamətində) uzun tıxacın yaranmasına səbəb olub.
Bunu "Report"a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədov bildirib.
Onun sözlərinə görə, qeyd edilən ərazidə qanunsuz parklanan avtomobillərin 9-u ilə bağlı inzibati protokol tərtib olunub.
"Biz hazırda ərazidəyik və qanunsuz parklanma edərək yolda sıxlıq yaradan avtomobilləri ərazidən uzaqlaşdırırıq. İndi digər avtomobillərin sahibləri də öz avtomobillərini ərazidə kənarlaşdırmaq üçün bura gəliblər. Artıq yolda sıxlıq aradan qaldırılır", - deyə V.Əsədov bildirib.
Qeyd edək ki, səhər saatlarından başlayaraq prospektdə ("Nargilə kafesindən "Luna Park"a qədər) nəqliyyat vasitələrinin hərəkətində böyük tıxac yaranıb. Buna səbəb isə burada yerləşən DİN-in Çevik Polis Alayının inzibati binasına işə qəbulla bağlı gələn vətəndaşların avotomobillərini yolun kənarında 2-3 sıra park etməsi ilə bağlıdır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !