• $ 1.7
  • € 1.9252
  • ₽ 0.021118
  • ₺ 0.044
  • £ 2.2614

"Novostroyka"dakı mənzillər üçün "kupça"nın - QİYMƏTİ AÇIQLANDI

23.02.2019 12:36
Bakıda və bölgələrdə yeni tikilən binalarda ("novostroyka" laı da) mənzillərin dövlət qeydiyyatı haqqında çıxarışın əldə edilməsi üçün ödənişin məbləği açıqlanıb.

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov bildirib ki, yeni inşa edilmiş binalarda mənzil sahibləri rahatlıqla ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinə (DƏDRX) və ərazi şöbələrinə, eləcə də, komitənin yeni yaradılan Əmlak Xidmətləri Məkanına rahat şəkildə müraciət edərək əmlak çıxarışlarını ala bilərlər. Çıxarışın alınması üçün xərclər digər mənzillərdə olduğu kimidir: "Bakı şəhərində yeni tikililərdəki mənzillərə ilkin qeydiyyat zamanı çıxarışların alınması üçün xərc 50 manat təşkil edir. Bunun 20 manatı xidmət haqqı, 30 manatı isə dövlət rüsumudur".

Digər şəhər və rayonlarda ödəniş məbləğləri əmsallardan asılı olaraq dəyişir. O cümlədən, texniki pasportun tərtib edilməsi üçün ödənişlər həm də mənzilin sahəsindən asılıdır. Mənzil sahibləri qeydiyyat və çıxarış alınması üçün xərcləri özləri də hesablaya bilərlər: "Komitənin rəsmi internet səhifəsində Əmlakın Qeydiyyatı Kalkulyatoru da yerləşdirilib. Bundan istifadə edərək vətəndaşlar aldıqlan mənzilin dövlət çıxarışı üçün dövlət rüsumunu və xidmət haqqını öyrənə bilirlər". Q.Xəlılov bildiribki, mənzil sahibləri bu ödənişləri elektron şəkildə də apara bilərlər.

Komitə rəsmisi bildirir ki, yeni inşa edilmiş mənzillərin qeydiyyata alınması üçün, binanın istismara qəbul aktı, MTK-la vətəndaşlar arasında alqı-satqı müqaviləsi və mənzilin pulunun ödənilməsi ilə bağlı maliyyə arayışı təqdim olunmalıdır: "Bu sənədlərin təqdim oluması kifayətdir ki, istənilən vətəndaş yeni inşa edilmiş binada öz mənzilinin çıxarışını əldə edə bilsin". Yeri gəlmişkən, yeni inşa edilmiş hündür binalarının mənzillərinin dövlət revstrindən çıxarışlarının alınıb-alınmaması ilə bağlı elektron xidmət də var. Vətəndaş bu xidmətdən istifadə edərək hər hansı binada mənzilə çıxarışın verilib- verilməyəcəyini əvvəlcədən öyrənə bilir. (fed.az)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro azalıb,rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:23
Avro azalıb,rubl bahalaşıb - Məzənnə
Tikintidə armaturu əvəz edən yeni material təqdim olunub - Dəmir dövrü bitir?
İqtisadiyyat 08:49
Tikintidə armaturu əvəz edən yeni material təqdim olunub - Dəmir dövrü bitir?
Yanacaqdoldurma obyektlərinin istismarı üçün dövlət rüsumu müəyyənləşib
İqtisadiyyat 07:42
Yanacaqdoldurma obyektlərinin istismarı üçün dövlət rüsumu müəyyənləşib
Ziya Əliyev müşavir vəzifəsini itirib - Yeni vəzifəyə təyinat alıb
İqtisadiyyat 11:08
Ziya Əliyev müşavir vəzifəsini itirib - Yeni vəzifəyə təyinat alıb
Kriptovalyuta bazarının son göstəriciləri açıqlanıb
İqtisadiyyat 11:04
Kriptovalyuta bazarının son göstəriciləri açıqlanıb
Son bir gündə vətəndaşların kartlarından 13500 manat vəsait oğurlanıb
İqtisadiyyat 10:17
Son bir gündə vətəndaşların kartlarından 13500 manat vəsait oğurlanıb
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:02
Qızılın qiyməti ucuzlaşıb
Neftin qiyməti ucuzlaşıb
İqtisadiyyat 09:33
Neftin qiyməti ucuzlaşıb
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:30
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol