• $
  • €
  • ₽
  • ₺
  • £

Moskva–Təl-Əviv xəttində yeni istiləşmə? Ukrayna xəbərdarlıq edir

Moskva–Təl-Əviv xəttində yeni istiləşmə? Ukrayna xəbərdarlıq edir
08.05.2025 07:04

Rusiya Prezidenti Vladimir Putin və İsrailin Baş naziri Benyamin Netanyahu mayın 6-da son 18 ayda ilk dəfə telefon danışığı aparıblar. Hər iki ölkənin rəsmi qurumlarının verdiyi məlumata görə, söhbət dostyana atmosferdə keçib. Bu isə Ukrayna tərəfinin narahatlığına səbəb olub.

İsrailin Maariv qəzetinin məlumatına görə, liderlər İkinci Dünya Müharibəsində nasist Almaniyası üzərində qələbənin 80 illiyi münasibətilə qarşılıqlı təbriklərini bildiriblər. Netanyahu həmçinin Rusiya vətəndaşlığı da olan oğurlanmış israilli Səşa Tropanovun azad edilməsinə göstərdiyi dəstəyə görə Putinə təşəkkür edib.

Ukraynalı diplomatlar bu danışığı yalnız girovların azad olunması ilə bağlı texniki əlaqə deyil, Moskva ilə Yerusəlim arasında münasibətlərin istiləşməsinin əlaməti kimi qiymətləndiriblər.

Ukraynanın İsraildəki səfirliyinə yaxın mənbələrin bildirdiyinə görə, danışıqdan əvvəl israilli yüksək vəzifəli şəxslər Kiyevi qarşıdan gələn diplomatik dəyişikliklər barədə xəbərdar ediblər. Məlumata görə, onlar bu prosesin Ukrayna tərəfindən müsbət qarşılanmayacağını da etiraf ediblər.

N.Təbrizli

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol