Bakıda Novruz bayramı ilə əlaqədar keçirilən kənd təsərrüfatı yarmarkalarında satışa çıxarılan məhsulların qiyməti məlum oldu.
Oxu.Az-ın Xətai rayonu Bakı kinoteatrının yanında yerləşən yarmarkada olan əməkdaşının məlumatına görə, burada kartofun bir kiloqramının qiyməti 65-90 qəpik civarında dəyişir.
Soğan 50-65 qəpiyə, kələm 65-80 qəp, pomidor 1,20-2 man, alma 40 qəp-1 manat, armud 90 qəp-1,50 manat, fındıq 2,50 man - 5 man, qoz - 3-5 manat, şabalıd 4-7 manat, yumurta 6-7 qəpik qiymətlə təklif olunur.
Qeyd edək ki, Bakıda Novruz yarmarkaları 14-19 mart tarixlərində fəaliyyət göstərəcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !