Ermənistan noyabra qədər sülh sazişinin imzalanması ideyası ilə razıdır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"Bu məqsədə nail olmaq üçün danışıqlar zamanı razılaşdırılmış bütün prinsipləri sənəddə qeyd etmək lazımdır və bu prinsiplər açıqdır”, - Paşinyan bugünkü mətbuat konfansında bildirib.
Ermənistanın baş naziri iki ölkənin xarici işlər nazirlərinin Almatıda görüşündən sonra irəliləyişin olacağına ümid etdiyini vurğulayıb.
Paşinyan da müxalifətin Azərbaycanla sərhədlərin delimitasiyası ilə bağlı etirazları fonunda istefası ilə bağlı söhbəti qeyri-ciddi adlandırıb.
"İstefa ilə bağlı suala onlarla dəfə cavab vermişəm. Mən bir dəfədən çox istefa vermişəm. Ermənistanın baş nazirinin davamlı istefa verməsi artıq ciddi deyil”, - Paşinyan bildirib.
Bundan öncə Ermənistan XİN Azərbaycan tərəfdən "Sülh müqaviləsi"nin 9-cu nəşri layihəsi ilə bağlı təkliflər aldığını deyib.
Bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Bakı və İrəvan sülh sənədini imzalamağa həmişəkindən daha yaxındır.
Aprelin 8-də Ermənistan Azərbaycan tərəfinin "Sülh müqaviləsi” layihəsi ilə bağlı son təkliflərinə cavab verdiyini açıqlayıb.
Bundan əvvəl Sülh sənədi ilə bağlı sonuncu təkliflər paketini Azərbaycan Ermənistana təqdim edib.
Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında dayandırılıb. Müvəqqəti olaraq Qarabağa Rusiya sülhməramlıları yerləşdirilib. Sülhməramlıların missiyası 2025-ci il başa çatır. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda lokal antiterror əməliyyatları keçirib. İşğaldan azad olunmuş ərazilərdə qalan separatçılar ağ bayraq qaldıdaraq təslim olub. Separatçıların saxta məmurları da həbs olunaraq Bakıya gətirilib.
Hazırda iki ölkə arasında sülh müqaviləsi istimqamətində danışıqlar davam etdirilir.
Aygün
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !