Noyabrın sonuncu günü - hava necə olacaq?

13:05 | 29.11.2014
Noyabrın sonuncu günü - hava necə olacaq?

Noyabrın sonuncu günü - hava necə olacaq?

Bakı və Abşeron yarımadasında noyabrın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən gecə və axşam çiskinli, az yağıntı olacağı gözlənilir.

Gündüz arabir güclənən cənub küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 4-6, gündüz  6-10 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 769  mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi  rütubət  gecə 75-80, gündüz 60-70 faiz  təşkil edəcək. Azərbaycanın rayonlarında noyabrın 30-da gecə və səhər bəzi yerlərdə duman, çiskin, əsasən şimal və şərq rayonlarında havanın yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta,  gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.ANN.Az

 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür