2024-cü il Qarabağın bərpasına və yenidən qurulmasına ayrılan vəsait 2,4 milyard dollar təşkil edəcək. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
"İndiyə qədər Qarabağın bərpası üçün 7 milyard dollar xərclənib. Növbəti il bu məbləğin 2,4 milyard dollar olacağı gözlənilir. FÜzulidə tikilən məktəbə görə isə Özbəkistan və Qazaxıstana minnətdarıq", - nazir bu gün Bakıda keçirilən SPECA-nın Rəhbər Şurasının 18-ci sessiyasında bildirib.
Bundan əvvəl Azərbaycan Prezidenti bildirib ki, növbəti il üçün Qarabağın bərpasına ən azı 2,4 milyard dollar vəsait xərclənəcək.
İndiyədək Qarabağa Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib.
2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur.
2023-cü ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə 3 milyard manat vəsait ayrılıb.
2023-cü ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə 3 milyard manat vəsait ayrılıb.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !