Nyu-Yorkun Bruklin rayonunda atışma nəticəsində iki nəfər ölüb, daha üç nəfər yaralanıb. Bu barədə "The New York Times” məlumat yayıb.
Oxu.Az xəbər verir ki, şəhər rəhbərliyinin sözlərinə görə, neçə nəfərin atışmada iştirak etdiyi hələlik məlum deyil.
İstintaqçılar güman edirlər ki, atışmanın qurbanları və xəsarət alanları dəfn mərasimində olublar, daha sonra beş nəfər kilsəni tərk edib və atışmanın olduğu küçədə olublar.
Hazırda baş verən hadisənin səbəbləri araşdırılır. İstintaq hələlik ilkin mərhələdədir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !