Bu gün Nyu-Yorkda ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə görüşü olacaq.
APA-nın məlumatına görə, bu barədə Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "twitter" səhifəsində yazıb. "Biz məhsuldar danışıqların olacağını gözləyirik" - deyə, o qeyd edib.
Xatırladaq ki, həmsədrlər əvvəlcə hər iki ölkənin xarici işlər nazirləri ilə ayrılıqda, daha sonra isə birlikdə görüşəcəklər.
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov artıq ötən gün Nyu-Yorka yola düşüb. O, həmçinin BMT Baş Assambleyasında iştirak edəcək.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !