Dünya şöhrətli fotojurnalist Reza Deqati Ağdamdan çəkdiyi fotoları İnstaqram səhifəsində paylaşıb.
"Çoxsaylı sakini qətlə yetirdikdən, digərlərini heç bir əşya götürmədən ayaqyalın çıxıb getməyə məcbur etdikdən sonra Ermənistan ordusu Ağdamı 1992-ci ildə işğal edib.
Onlar evləri, ofisləri, mağazaları, mədəniyyət mərkəzlərini, muzeyləri, ibadət yerlərini talan edib, qapıları, pəncərələri, dam örtüklərini, su borularını iranlı işbazlara və Ermənistanda satıblar.
Çiçəklənən və möhtəşəm Ağdam şəhərinə 1992-ci ilin martında qonşu Xocalı əhalisinin ermənilər tərəfindən törədilmiş qətliamını çəkmək üçün gəlmişdim.
28 il sonra - 2020-ci il noyabrın 21-də - şəhərin işğaldan azad edilməsinin səhəri günü buraya yenidən gəldim. Ruhən qəlbimdə o dəhşətləri hələ də yaşayıram. Ümid edirəm ki, bu, bir daha dünyanın heç bir yerində heç vaxt təkrarlanmayacaq”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !