Mən "Ədalət” qəzetinin səlahiyyətlərini Mətbuat Şurasına verilməsini təklif edirəm. Qəzetlərdə baş redaktorlara yanaşı Mətbuat Şurasının da möhürü olsun.
Axar.az xəbər verir ki, bu sözləri millət vəkili, "Ədalət” qəzetinin baş redaktoru Aqil Abbas jurnalistlərin 7-ci qurultayında çıxışı zamanı deyib. O, bunun reket jurnalistikaya qarşı tutarlı addım olacağını bildirib:
"Hərə bir qəzet açıb, vəsiqə verir. Lakin dünyada jurnalistlər sarı kartdan istifadə edir. Bu gün bəzi qəzetlər qeydiyyatdan keçir, lakin işçilərinə maaş vermir, onlar reket qəzetlər siyahısına daxil olur”.
Aqil Abbas Prezidentin köməkçisi Əli Həsənovun "jurnalistlərin dostu” elan edilməsini də təklif edib:
"Bu il Mətbuat Şurasının 15 illik yubileyidir. Təklif edirəm ki, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu il "Jurnalistlərin dostu” elan edilsin. Jurnalistlərin problemlərinin həlli üçün fikirlərimizi Prezidentə çatdırmaqda ən böyük dəstəkçimizdir”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !