O, Putini dəstəklədi

15:52 | 09.05.2014
O, Putini dəstəklədi

O, Putini dəstəklədi

"Sizinlə bir yerdə, çiyin-çiyinə olacağıq”

Belorus prezidenti Aleksandr Lukaşenko Putinə qarşı mövqeyini dəyişib

Belorus prezidenti Aleksandr Lukaşenko bundan sonra Putinlə həmrəy olacağına söz verib: “Siz Vladimir Vladimiroviç, bilməlisiniz ki, Qərbin və amerikalıların iqtisadiyyat və maliyyə baxımından vəziyyəti daha da gərginləşdirdiyi, Rusiyaya qarşı sanksiyaları artırdığı bir şəraitdə biz sizinlə bir yerdə, çiyin-çiyinə olacağıq”.

Aktual.az xarici mediaya istinadən bildirir ki, bu sözləri Lukaşenko Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan ölkələrin-Rusiya, Qırğızıstan, Ermənistan, və Tacikistanın prezidentləri ilə görüşərkən söyləyib.

Lukaşenko qeyd edib ki, Qərb və ABŞ Rusiyanı Ukrayna böhranında təqsirləndirir. Rəsmi Moskva isə bunu inkar edir. Belorus prezidenti daha sonra deyib: “Odessadakı zabitlər evindəki yanğın zamanı onlarla günahsız insanın Belorusun Xatın kəndindəki kimi yanması hadisəsindən sonra biz bütün bunlara laqeyd qala bilmərik. Çünki orada bizim adamlar da var. Onlar da bizdən kömək istəyirlər”. Lukaşenko Putinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında bu cür müttəfiqləri olduğu halda Qərbdən qorxmamağı məsləhət görüb.

Xatırladaq ki, indiyə qədər Lukaşenko Ukrayna hadisələrinə təmkinlə yanaşır, Kremlin Ukraynanın federallaşması ideyasına qarşı çıxır, Krımın anneksiyasını pis president sayırdı. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM