"O səs Türkiyə"nin Triumfatoru: Kimdir İlham Nəzərov?

10:50 | 18.10.2016

"O səs Türkiyə"nin Triumfatoru: Kimdir İlham Nəzərov?

Müsahibim istedadlı vokalçı, "Üns" Yaradıcılıq Səhnəsinin və Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Azərbaycan Dövlət Xor Kapellasının artisti, təhsillərindən birini Avropanın mötəbər musiqi məktəblərinin birində - (D`Accademia) Lirica Arte Akademiyasında alan İlham Nəzərovla bir neçə il bundan əvvəl tanış olmuşam. Bu illər ərzində İlhamın iştirakı ilə keçirilən konsetlərdə mütamadi olaraq, izləyir, onun pesekar vokalist kimi yüksələcəyinə inanırdım. Xüsusən də, səsindəki məxsusi vokal elementlərinin olduğunu vurğulamaq lazımdır. 

İlham Nəzərov Romada bəstəkar Dmitri Şostakoviçin təsis etdiyi "Burun” opera teatrının səhnəsində çıxış edən ilk azərbaycanlıdır. Bununla yanaşı, İlham "Ravenna", "Festival Della Valle DİTRİA da Monte", "Festival Pergolesi Spontini" kimi mötəbər beynəlxalq musiqi festivallarında iştirak edib, görkəmli bəstəkarların çətin ariyalarını ifa edib.
 
Bir müddət əvvəl İlham Nəzərov özü və məşhur vokal musiqisi haqqında məlumat verdiyi Türkiyədə keçirilən "O səs Türkiyə” mahnı müsabiqəsində ilk turu uğurla başa vurub. Bu turda münsiflər heyətinin bütün üzvləri - Sibel Can, Murat Boz, Hadisə, Gökhan və Hakan qardaşları - onun səsini bəyəniblər. İlham isə Gökhan və Hakan qardaşları ilə yoluna davam etmək istəyib. 

İlham qazandığı şöhrətə baxmayaraq, üzərində səylə işləməyə davam edən yeni repertuar və təcrübə toplayaraq, dünyanın yeni musiqi səhnəsini fəth etmək istəyən sadə, səmimi və təvazökar insandır. Opera ifaçısı karyerası ilə yanaşı, İlham Nəzərov gənc istedlara dərs verməklə, istedadını da bölüşür.
 
ANN.Az gənc və istedadlı Azərbaycan vokalçısı İlham Nəzərovun müsahibəsini  təqdim edir.
 
- İlham, Türkiyəyə gedib "O səs Türkiyə” yarışmasına qatılmağa sizi nə vadar etdi?

- Mən peşəkar vokal karyerası ərzində mütamadi olaraq, bir çox beynəlxalq müsabiqələrdə iştirak etmişəm. Onların bəzilərində qalib gəlmişəm, bəzilərində isə 1, 2 və 3-cü yerləri tutmuşam. Ancaq şöhrət və populyarlıq bu günə qədər sadəcə məni tanıyan klassik musiqi həvəskarları, opera sənətini bilənlərdir. İstərdim ki, bütün Azərbaycan xalqı belə vokalçının olduğunu öyrənsin. Məhz buna görə, bu müsabiqədə iştirak etmək qərarına gəldim. İstədim ki, yaradıcılığımdan sadəcə Azərbaycan yox, Türkiyə auditoriyası da xəbərdar olsun. 

- Müsabiqənin münsiflər heyəti heyran qalmışdı. Sizcə, bunun səbəbi səsinizin qeyri-adi rənginin olmasıdır, yoxsa məşhur Azərbaycan mahnısı "Ayrılıq” əsəri?

- Məsələ ondadır ki, "O səs Türkiyə” müsabiqəsinin münsifləri artıq layihənin fəaliyyət göstərdiyi gündən etibarən, bir çox vokalisti dinləməyiblər. Ona görə də, onlara təsir etmək, xüsusi bir ifa ilə heyrətləndirmək  lazım idi. (gülümsəyir) Burada sadəcə yaxşı oxumaq kifayət deyil. Əsas məsələ orjinal ifadır ki, bu da səni digər iştirakcılardan fərgləndirməlidir. Allaha şükür ki, mən bas-bariton və kontr-tenor (səs çalarları) kimi oxuya bilirəm. Ona görə də, məndə kifayət qədər böyük repertuar var. Oraya həm caz, həm pop, həm muğam, həm də ən çətin ariyalar daxildir. Əlbəttə, mən ariyanı da seçə bilərdim, amma başlanğıcda hər kəsin bildiyi mahnını ifa etməyi ona görə üstünlük verdim ki, insanların əksəriyyəti daha çox esdradaya əhəmiyyət verir. Bu səbəbdən, mən auditoriya ilə onların dilində danışmaq qərarı aldım və nəticə göstərdi ki, bu, məsələnin uğurlu həlli idi. Artıq növbəti turlarda ariya ifa edə bilərəm. Bir sözlə, klassik musiqi üçün auditoriyanı hazırlamaq lazımdır. Hesab edirəm ki, mənim seçdiyim kompozisiya və mahnı oxumaq diapazonu öz işini gördü. Bunun üçün münsiflər heyrət içində idi.




-Sizdə səhnə həyacanı var idi?
 
-  Qətiyyən (gülümsəyir). Hətta mənə elə gəlirdi ki, bura yarışma deyil, adi səhnədir və mən orada dəfələrlə olmuşam. Bu səbəbdən mən özümü balığın dənizdə olduğu kimi hiss edirdim. Bu çıxış mənə Türk tamaşaçılarına öz potensialımı və əməyimi göstərməyə imkan verdi. Bu da jüri tərəfindən müsbət qiymətləndirildi.  


- İlham nəyə görə məhz Özoğuz qardaşlarını seçdiniz?
 
- Mənim bütün münsiflərə böyük hörmətim var. İstər Murad Boz, istər Sibel Can, istər Hadisə, istərsə də Özoğuz qardaşları. Onlar çox unikal sənət adamlarıdır. Məşhur olmalarına baxmayaraq, insanlarla münasibətləri çox sadədir. Qəlbim Özoğuz qardaşlarını seçməyi söylədi. Mən inanıram ki, bizdə yaradıcılıq baxımından əməkdaşlıq uğurlu alınacaq.
 


- Müsabiqədəki çıxışınız sizin üçün anlıq şöhrət sayıla bilərmi? Sizə populyarlıq və şöhrət bir anda gəldi. Baxmayaraq ki, siz artıq uzun illərdir dünyanın ən mötəbər musiqi səhnələrində çıxış edirsiniz.

- Hesab edirəm ki, bəli. Çıxışdan sonra mən pərəstişkarlarımdan 200-ə yaxın məktub aldım. Onların əksəriyyəti Türkiyənin payına düşsə də, Rusiyadan və digər MDB ölkələrindən, eləcə də Azərbaycandan gələn məktublar da var. Televiziyaya dəvət aldım. Yerli KİV-lər müsahibə almaq istəyirlər. Gün ərzində telefonuma çoxlu zənglər gəlir. Televiziyada mütəmadi olaraq, çıxışlarımı yayımlayırlar. "Facebook”da və "Youtube” səhifəmdə izlənmə sayı artır. Bu şəkildə məni çox adam tanıyır. Bu, bizi sevindirməyə bilməz. Axı abunəçilər mənim ifamda ariyaları dinləmə imkanı eldə edirlər. Bu da perstişkarlarıma mənim keçdiyim yaradıcılıq yolunu öyrənmələri üçün kömək edir. Peşəkar vokal karyerama qədər bir çox maraqlı layihələrdə, tamaşalarda, konsertlərdə və festivallarda çıxış etmişəm. İnsanlar yaradıcılığıma diqqət yetirərkən məqsədimi və məşğul olduğum sənətlə tanış ola bilərlər. Bütün yaradıcı insanlar kimi mən də böyük auditoriya qarşısında çıxış edərək yaradıcılığımı nümayiş etdirmək istəyirəm. Müsabiqə mənə bu şansı verdi.
 
- İlham yaradıcılıqda sizi ruhlandıran nədir?

- Məni əsasən, əməyim ruhlandırır. Ailəmi dolandırmaq üçün dayanmadan işləməyə məcburam. Pul qazanmaq üçün səhər çıxıb gecə qayıdıram. İşsiz dayana bilmərəm. Çünki belə etməklə məni bu səviyyəyə gətirən istər filarmoniya, istərsə də teatr müəllimlərimə qarşı hörmətsizlik etmiş olaram. Həm də axı mən 20 ildən artıqdır ki, musiqi ilə məşğul oluram, 15 peşəkar səhnədə çıxış etmişəm. Son 6 ildə isə beynəlxalq səviyyəli tədbirlərdə oxuyuram. Dünyanın mədəni həyatında iştirak edirəm. Bu günə qədər etdiklərim əlimdəkilərlə kifayətlənməyərək, irəli getməyimə təkan verir. Bax, bu da mənim əsas ilham mənbəyimdir. 
  
- Hansı ariyaları bəyənirsiniz və niyə?
 
- Mən dramatik xarakterli, ağır taleli eyni zamanda, möhkəm xarakterli ariyaları bəyənirəm. Yəqin ki, bu qəhrəmanları ruhən özümə yaxın hiss etdiyimə görədir. Xarici müəlliflərin əsərlərinə gəlincə, Hendelin operasından "Rinaldo”nun ariyası. Ən çox sevdiyim obraz "Notr-Dam de Pari"dəki Kvazimododur. Niyə bilmirəm, ancaq mən "Madam Baterfeldeki”  "Cio-Cio-San” obrazını da çox bəyənirəm. Artıq bu ariyaları ifa etməyi öyrənmişəm və yəqin ki, nə vaxtsa, böyük səhnələrdə onları oxumaq şansım olar (gülümsəyir). Azərbaycan əsərlərinə baxdıqda, ən çox "Sevil” ariyasını bəyənirəm. Əlbəttə, "İntizar" operasında "Çujaka” obrazına heyranam. 
  
- Bu gün ölkəmizdə zəngin mədəni irsə baxmayaraq, keçmiş illərlə müqayisədə opera sənəti uğurla istifadə olunmur. Ancaq əvvələr teatra bilet almaq üçün kassaların qarşısında uzun növbələr yanırdı. Operaya getmek isə xalqın çox gözəl ənənəsi idi.

- Bəli, haqlısınız. Bu suala cavab vermək üçün iqtisadi vəziyyəti də nəzərə almaq lazımdır.  Bugünkü tamaşaçı klassik konsertlərə nisbətən, pop konsertlərinə daha çox gedir. Təbii ki, bunu hər kəsə şamil etmək olmaz. Hətta bəzən paytaxtda pulsuz ya da çox ucuz qiymətə keçirilən konsertlərə, teatrlara yenə də tamaşacı gəlmir. Zallarda ancaq eyni şəxsləri görmək olar. Ancaq Vyana Opera Teatrını izləmək üçün insanlar bir il öncədən bilət alır və burada qiymətlər 20 avrodan 220 avroya qədərdir. Burada hər gün tamaşa olur və biletlərin 99,9 %-i satılır. Bizdə isə ifaçı konsert verecəm deyə özünü reklam edir. Xaricdə isə tamaşaçı ifaçıya konsert versin deyə rica edir. Bizdə təəssüf ki, hər şey əksinədir. Axı hər bir yaradıcı insan ona müəyyən qiymət verilməsini istəyir. Belə bir sey hiss etmədiyi zaman ruhdan düşür, hər şey öz mənasını itirir. Düşünürəm ki, bunun üçün əlavə hər hansı bir şey artıq olar. 
 
- Sənətinizi inkişaf etdirmək üçün Mədəniyyət və Turizim Nazirliyi sizə köməklik edir?  
 
- Əlbəttə. 2010-cu idə Heydər Əliyev adına Sarayda Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən beynalxalq musiqi layihəsi çərçivəsində Firəngiz Əlizadənin "İntizar” operası Moskva Dövlət Uiversitetinin rektoru, professor, "Üns” teatrının bədii rəhbəri Nərgiz Paşayevanın liberettosu əsasında nümayiş olundu. Bu, Azərbaycanda modern formada olan ilk opera sayıla bilər. Yuxuxuz gecelər və çoxlu məşqlər hədər getməyib. Yəni, bunu həqiqi uğur adlandıra bilərik.
Mənim səhnədəki çıxışım Mədəniyyət və Turizim Nazirliyinin nümayəndəsinin diqqətini çəkmişdi. Daha sonra "biz bu gənc istedada necə kömək edərik?” sualını vermişdilər. Heç düşünmədən "Avropada təhsil" cavabını vedim. Çünki təhsil mənim arzum idi. Beləliklə, mən 2010-cu ilin noyabrnda nazirliyin maliyyə dəstəyilə Avropanın nüfuzlu musiqi məktəbəblərinin birində (D Accademia "Lirica Arte) Opera Sənəti Akademiyasına daxil ola bildim. Bu arzumu həyata keçirməyimdə köməyi olan hər kəsə xüsusilə, Mədəniyyər və Turizim Nazirliyinə minnatdaram. Demək olar ki, 2010-cu il mənim üçün uğurlu oldu. 247 müsiqi tədbirində iştirak etdim. Elə olurdu ki, bir gündə 3-4 çıxışım olurdu.  
 
Yaradıcılığımda yeni üfüqlər əldə etmək üçün Avropa təhsilimin misilsiz rolu oldu. Bunun üçün mən Mədəniyyət və Turizim Nazirliyinə minnatdaram. Bu, eyni zamanda, mənim dünyagörüşümün inkişafına töhvəsini verdi. 
 
Mədəniyyət və Turizm Nazirliyi həmişə mənə kömək edir. Konsert və festivallarda iştirak edirəm, amma daha çox beynəlxalq səviyyəli tədbirlərdə Azərbaycanı təmsil etmək istərdim. Düşünürəm ki, ölkəmizi layiqincə təmsil edə bilərəm. Məsələn, Azərbaycan Respublikasının nümayəndəliyinin olduğu ölkələrdə keçirilən Mədəniyyət Günlərində oxumaq istərdim. Axı mən Azərbaycanda yeganə kontr-tenatoram. Ona görə də, ölkəmin rifahı naminə yeni təkliflərə hazıram.


 
- Siz peşəkar karyeranıza görə ciddi musiqi festivallarında bir sıra mühüm layihələrdə iştirak etmiş və dünyanın müxtəlif ölkələrində qastrol səfərində olmusunuz. Lakin "Əməkdar artist” fəxri adı sizdə hələlik yoxdur.
 
- Təəssüf ki, bəli. Ən əsası, işimi məsuliyyətlə yerinə yetirirəm. Əlbəttə, istərdim ki, əməyim layiqincə qiymətləndirilsin. Lakin digər tərəfdən, hər şeyin öz vaxtı olduğunu düşünürəm. Öz tərəfimdən hər şey edirəm. Düşünürəm ki, gec-tez ədalət zəfər çalacaq. Uzun illərdir, bütün dünyada Azərbaycanı təmsil edirəm, həm də böyük məmnuniyyətlə bunu edirəm.
 
- Sizə başqa ölkələrin teatrlarından təkliflər gəlir? 
 
- Bəli, hər zaman gəlir. Sadəcə inkişafımı və gələcəyimi Azərbaycanda görürəm. Bura mənim vətənimdir, burada mənim evim,  ailəm və yaxınlarım var. Mən qostrol səfərlərinə gedirəm, lakin mənim bu ölkələrdə həmişəlik yaşamaq fikri yaranmır. Almaniyada, Türkiyədə, Rusiyada, İtaliyada, Fransada, Çexiyada və digər ölkələrdə işləmək üçün təkliflər almışam. 
 
- Eşitmişəm ki, Türklər opera müğənisinin ictimai nəqliyyatdan istifadə etdiyini biləndə təəccübləndilər.

- Bəli, təkcə türkiyəlilər deyil, eyni zamanda, həmvətənlərim. Mən hər gün ictimai nəqliyyatdan istifadə edirəm, əvvəllər olduğu kimi. Amma indi məni daha çox tanımağa başladılar. Hətta qısa zaman əvvəl ictimai nəqliyyatda bir xanım inana bilmirdi ki, İlham Nəzərov avtobusda gedə bilər. Onun fikirincə, İlham yalnız şəxsi avtomobilində getməlidir. Təsəvvür edin, qız hətta inanmırdı ki, bu mənəm (gülür). Lakin insanlara izah etmək olmur ki, mən yalnız ictimai nəqliyyatı seçirəm, çünki o mənim bugünkü gəlirimə uyğundur.

- Sizin Azərbaycanda bugünkü gəliriniz gənc ailə kimi sizi qane edir?

- Mən ailəli insanam, işləyirəm. Ancaq təəssüf ki, qazandığım vəsait hər zaman kifayyət etmir. Elə hallar olub ki, uşağım xəstə olub, amma məndə analiz üçün pul olmayıb. Belə hallar ruhdan düşmələrə səbəb olur. Axı, yaradıcı insana günlük məişət problemləri izin vermir ki, yaradıcılıqla məşğul olsun. Bu səbəbdən, məni avtobusda və ya metroda görən insanların təəccüb hissi mənə gülməli gəlir. Mən də rahat yaşamaq istəyirəm. Sadəcə, hələlik, buna imkan yoxdur. Mən opera ifaçısıyam, toylarda və restoranlarda ifa etmirəm. İstəyirəm ki, tamaşaçılar sənətimdən zövq alsınlar, yemək yeyərək məni dinləməsinlər. Əgər həyat məcbur edəcəksə, hər şey ola bilər. Yaxşı ata kimi uşağıma görə hər şeyin yaxşısını istəyirəm, bunun üçün isə maddi vəsait lazımdır.
 
- Yaxın gələcək üçün hansı planlarınız var?
 
- Hazırda "O səs Türkiyə" yarışmasında iştirak edirəm. Oktyabrın 19-da isə məni M. Maqomayev adına Vokalçıların Beynəlxalq Müsabiqəsi gözləyir. Əsas plan - yaradıcılıqla məşğul olmaq və ifa etməkdir.
 
- Və axırda, sizcə xoşbəxtlik nədir? 
 
- Xoşbəxtlik doğma və yaxınlarının sağlamlığı, həmçinin, sevdiyin işlə məşğul olmaq, dinləyicilərin zövqünü oxşayaraq, onları dincəltməkdir. İstəyirəm ki, həmvətənlərim çox gülümsəsinlər və xoşbəxt olsunlar. 

 
- İlham, maraqlı söhbət üçün çox sağ olun. Sizə ən mötəbər musiqi səhnələrində yaradıcılıq uğurları arzulayırıq.
 
- Sağ olun!
 
Rüstəm Qasımov


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM