Obama Baydenin qalib gələcəyinə inanmır

13:55 | 01.07.2024
Obama Baydenin qalib gələcəyinə inanmır

Obama Baydenin qalib gələcəyinə inanmır

ABŞ-ın keçmiş prezidenti Barak Obama indiki Amerika liderinin qarşıdan gələn seçkilərdə qalib gələcəyinə inanmır. Jurnalist Taker Karlson bu barədə danışaraq, Obamanın Baydenə dəstək verən ictimai bəyanatlarının qeyri-səmimi olduğunu qeyd edib.

"Şəxsi olaraq Obama insanlara Baydenin qalib gələ bilməyəcəyini deyir, ona görə də o, açıq qurultayın keçirilməsini müdafiə edir", -  Karlson  X sosial media hesabında  yazıb.
 
O, həmçinin Obamanın qarşıdakı yarışda kimi dəstəklədiyini söyləmədiyini də açıqlayıb.

ABŞ-da növbəti prezident seçkiləri noyabrın 5-də keçiriləcək. ABŞ-ın hazırkı prezidenti Co Bayden də seçki yarışında iştirak etməyi planlaşdırır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb