ABŞ prezidenti Barack Obama İranla müzakirə olunan nüvə sazişini öz irsinin vacib hissəsi sayır. O, mayın 21-də Atlantic jurnalına müsahibəsində deyib ki, İran nüvə silahı əldə edərsə, onun nüfuzuna zərbə dəyəcək.
"Bundan 20 il sonraya baxın. Allah qoysa, buralarda olacağam. İran nüvə silahı əldə edərsə, bu, mənim adıma bağlanacaq,” Obama deyib. "Bir şeyi demək ədalətli olardı ki, milli təhlükəsizlik maraqlarımızdan əlavə, bu işi bağlamaqda şəxsən maraqlıyam”.
İranla dünyanın altı fövqəldövləti nüvə proqramının məhdudlaşdırılması və sanksiyaların qaldırılması üçün yekun saziş razılaşdırmağa çalışır.
Tənqidçilərin fikrincə, prezident qətiyyətlə öz irsini, nüfuzunu cilalamaq istəyir və İrandan daha kiçik öhdəliyi belə qəbul edə bilər.
Məsələn, İranın ali dini lideri bu yaxınlarda deyib ki, hərbi obyektlərin nüvə agentliyi tərəfindən təftişinə icazə verilməyəcək. Bu, yekun sazişin şərtlərindən biridir. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !