Obama irqçilikdən danışdı və "zənci" dedi

10:29 | 23.06.2015
Obama irqçilikdən danışdı və

Obama irqçilikdən danışdı və "zənci" dedi

ABŞ prezidenti Barak Obama Cənubi Karolinanın Şarleston şəhərindəki Afrika əsillilərinin getdiyi kilsəyə bəyaz dərili vətəndaşın silahlı hücum etməsi hadisəsi ilə bağlı ilk açıqlamasını verib.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, ABŞ-da irqçiliyin aradan qaldırılması üçün xeyli işlərin görüldüyünü bildirən B.Obama hələ də görüləsi işlərin də çox olduğunu vurğulayıb. O, ölkədə tabu olaraq istifadə edilən "zənci" ifadəsini işlədib: "İrqçilikdən hələ də qurtulmamışıq. Bu, kütlə içərisində nəzakət xatirinə "zənci" ifadəsini işlətməmək deyil. Bu hadisə eyni zamanda ölkədə irqçiliyin olub-olmadığına dair bir ölçü vahidi də ola bilməz. Əlbəttə, toplumlar 200-300 il əvvəlki xüsusiyyətlərini bir gecədə silib ata da bilməzlər".

Daha sonra Barak Obama 1950, 1960, 1970-ci illərlə müqayisədə irqçilik mövzusu ilə bağlı xeyli dəyişikliyin olduğunu dilə gətirib, aamma köləliyin, ayrı-seçkiliyin izlərinin hələ də qaldığını, gənclərə təsirsiz ötüşmədiyini bildirib: "Köləliyin izləri hələ də bizim cəmiyyətin üzərinə öz kölgəsini salır və nəsillərdən nəsillərə ötürülən DNA-mızın bir parçası kimi özünü biruzə verir".

Prezident Obamanın "zəngi" ifadəsini işlətməsi çox sayda yerli jurnalistlərin amrağına səbəb olub və Ağ Evin sözçüsü Çoş Ernest günlük mətbuat konfransında bu kimi sualları cavablandırıb. O, Barak Obamanın "zənci" ifadəsini işlətməkdən peşimanlıq keçirmədiyini deyib.

Onun sözlərinə görə, Obamanın bu ifadəni izlətməsi ilə bağlı əvvəlcədən hər hansı bir razılıq olmayıb: "Prezident Obama bu ifadəni işlətdiyinə görə hər hansı peşimançılıq hissi keçirmir. Onun "Atamın xəyalları" adlı kitabında da "zənci" kəlməsindən istifadə olunub".


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM