Obama Krım tatarlarının nümayəndələri ilə görüşəcək

22:15 | 31.05.2014
Obama Krım tatarlarının nümayəndələri ilə görüşəcək

Obama Krım tatarlarının nümayəndələri ilə görüşəcək

 ABŞ prezidenti Barak Obama Avropaya səfəri çərçivəsində Krım tatarlarının nümayəndələri ilə görüşmək niyyətindədir.APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, bunu Obamanın milli təhlükəsizlik üzrə müşaviri Ben Rods bəyan edib. “Barak Obama Krım tatarlarına dəstək nümayiş etdirmək üçün bu görüşü planlaşdırır”, deyə Rods bildirib. Onun sözlərinə görə, Krım tatarlarının düşdüyü vəziyyət, onların hüquqlarının pozulması ABŞ prezidentini son dərəcədə narahat edir. Qeyd edək ki, iyunun 4-də Barak Obama Varşavada Ukraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşenko ilə görüşəcək. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM