ANS PRESS-in məlumatına görə, ötən gün Netanyahunun mart ayında ABŞ-a səfər edəcəyini açıqlamasından sonra Ağ Evin sözçülərindən olan Benradet Mihan ABŞ prezidenti Barak Obamanın onunla görüşməyəcəyini söyləyib.
"B.Obama İsrailin baş nazirinin səfəri zamanı onunla görüşməyəcək. Buna səbəb isə Konqres ziyarətindən iki həftə sonra İsraildə seçki keçirilməsidir. Obama qaydalara əsasən, seçkiqabağı hansısa ölkənin təmsilçisi, ya da namizədi ilə görüşmür” – deyə B.Mihan bildirib.
Qeyd edək ki, İsrailin baş naziri Vaşinqtona martın 3-də ABŞ Konqresində İrana qarşı yeni sanksiyaların tətbiq edilməsinə dair çıxış etmək üçün səfər edəcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !