Obama Putinə: Səni cəzalandıracağıq

14:00 | 17.03.2014
Obama Putinə: Səni cəzalandıracağıq

Obama Putinə: Səni cəzalandıracağıq

ABŞ prezidenti Barak Obama bazar günü Rusiya prezidenti Vladimir Putinə təcili zəng edib və bəyan edib ki, ABŞ-ın və beynəlxalq ictimaiyyətin tanımadığı Krımdakı referenduma görə, Rusiya tərəfi cavab verməli olacaq. 

ANN.Az-ın xarici mətbuata istinadən xəbərinə görə, referendum komitəsinin açıqlamasına görə, krımlıların 90 faizindən çoxu Rusiyaya birləşməyin lehinə səs verib. Telefon zəngi barədə açıqlama yayan rəsmi Ağ Ev "referendum" kəlməsini dırnaq işarələri arasında göstərib və onun qeyri-qanuni olduğunu bildirib. 

Ağ Evdən yayılan açıqlamada həmçinin bildirilib ki, Obama Putini əlavə "tədbirlər"ə hazır olmağa səsləyib. Sanksiyaların hansı formada tətbiq ediləcəyi bu həftə ərzində bilinəcək. 

"Prezident Obama Krımdakı "referendum"un Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozduğunu vurğulayıb və ABŞ-ın Avropadakı həmkarlarıyla birlikdə Rusiyaya bu hərəkətlərinə görə cavab verməyə hazırlaşıdığını deyib. Prezident Obama konfliktin həm Rusiyanın, həm də Ukrayna xalqının maraqlarına cavab verəcəyi açıq-aydın diplomatik vasitələrin hələ də mövcud olduğunun altını cızıb", - Ağ Evin yaydığı məlumatda bildirilib.  

Bölgədə gərginlik son vaxtlarda Rusiya meylli qüvvələrin Krımdakı seperatizmi və şərqi Ukraynadakı toqquşmalar zamanı daha da artıb. Krımın baş nazirinin müavini bazar günkü açıqlmasında deyib ki, onun fikrincə, Krımdakı referendum "hələlik ilk addımdır".

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM