Obama Putini Poroşenkoyla görüşə çağırdı

19:48 | 03.06.2014
Obama Putini Poroşenkoyla görüşə çağırdı

Obama Putini Poroşenkoyla görüşə çağırdı

ABŞ prezidenti Barak Obama rusiyalı həmkarı Vladimir Putini Ukraynanın yeni seçilmiş prezidenti ilə görüşməyə çağırıb.

 

APA-nın məlumatına görə, Varşavada keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandıran Obama Putini Ukrayna hökuməti ilə separatçılar arasında dialoqun qurulması üçün səylər göstərməyə səsləyib.

 

“Putinin seçimi var – Ukrayna ilə sərhəddən qoşunları geri çəkmək, Ukrayna şərqində separatçıların nüfuzundan istifadə etmək, baş tutmuş prezident seçkilərini tanımaq və prezident seçilmiş Pyotr Poroşenko ilə görüşmək. Biz Putinlə görüşsəydik, mən ona məhz bunları deyərdim. Ümid edirəm ki, həmkarlarım Devid Kemeron və Fransua Olland ona bu haqda Fransada ikitərəfli görüşlər zamanı deyəcəklər”, - deyə o vurğulayıb.

 

Obama həmçinin ittifaq qoşunlarının Normandiyaya yeridilməsinin 70 illiyi münasibəti ilə keçiriləcək tədbirlər zamanı Putinlə görüşünü istisna etməyib. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM