ABŞ prezidenti Barak Obama Qələbə günü münasibəti ilə rusiyalıları təbrik edib və "Rusiya ilə dialoqun davamına sadiqliyini qoruyur”, Oxu.Az TASS-a istinadən xəbər verir.
"Bizim prezident və onun milli təhlükəsizlik üzrə köməkçiləri məndən Rusiya xalqına yubiley münasibəti ilə təbrikləri çatdırmağı xahiş etdilər. Bizim üçün ABŞ və Rusiya xalqının İkinci Dünya Müharibəsində bərabər qələbəyə nail olmaları xatirələri çox əzizdir. Mən istəmirəm ki, kimsə bu barədə yanılsın”, - jurnalistlərə Ağ evin Rusiya üzrə müşaviri Selest Uollander ABŞ-da Rusiya səfirliyində keçirilən Böyük Vətən Müharibəsinin 70 illiyinə həsr edilmiş tədbirdə bildirib.
"Məlum olduğu kimi, indi münasibətlərimizdə mürəkkəb dövrdür. Aramızda Avropa təhlükəsizliyinə və qlobal asayişə dair dərin, çox dərin fikir ayrılığı var. Prezident Obama bu fikir ayrılığına və mübahisəli məsələlərə dair Rusiya ilə dialoqun davamına sadiqliyini qoruyur”, - diplomat qeyd edib.
Amma ABŞ prezidentinin müşaviri heç kimin fikir ayrılığını unutmağa hazırlaşmadığını vurğulayıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !