Obama: Rusiyaya əlavə sanksiyalar tətbiq edilə bilər

00:10 | 18.03.2014
Obama: Rusiyaya əlavə sanksiyalar tətbiq edilə bilər

Obama: Rusiyaya əlavə sanksiyalar tətbiq edilə bilər

Əgər Rusiya Ukrayna ilə bağlı hazırki siyasətini davam etdirsə, ABŞ prezidentinin administrasiyası Rusiyaya qarşı əlavə addımlar ata bilər.

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Ağ evin saytında yerləşdirilən məlumatda bildirilir.

 

“Əgər Rusiya Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmasa, hərbçilərini gəri qaytarmasa, beynəlxalq öhdəliklərini yerinə yetirməsə, ABŞ siyasi və iqtisadi sanksiyalar üçün əlavə tədbirlər görəcək”, - deyə məlumatda vurğulanıb.

 

Barak Obama həmçinin bəyan edib ki, Krım probleminin diplomatik yolla həlli üçün hələlik imkanlar mövcuddur. Onun firkincə, bunun üçün Rusiya öz qoşunlarını Krımdan çıxarmalıdır.

 

Bu arada həmçinin məlum olub ki, B.Obama gələn həftə Avropaya səfər etməyi planlaşdırır. “Bu gün vitse-prezident Co Bayden Avropaya gedir. Orada o, NATO üzrə tərəfdaş ölkələrin (Polşa, Latviya, Litva və Estoniya ) liderləri ilə görüşəcək. Bizim mesajımz dəqiq olacaq. NATO tərəfdaşı kimi bizim birgə müdafiə ilə bağlı ciddi öhdəliklərimiz var. Biz onları icra edəcəyik”, - deyə o vurğulayıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM