"Krım problemini diplomatik yollardan həll etmək üçün hələ gec deyil" .ANS PRESS-in xəbərinə görə, bu fikri ABŞ prezidenti Barak Obama səsləndirib. ABŞ prezidenti həll yolu üçün Rusiyanın əsgərlərini Krımdan çıxarmalı olduğunu, əks təqdirdə Rusiya Federasiyasına qarşı əlavə sanksiyalar tətbiq olunacağını bildirərək, gələn həftə Avropaya getməyi planlaşdırdığını açıqlayıb. Xatırladaq ki, ötən gün Obama Rusiyanın yüksək vəzifəli məmurlarına qarşı sanksiya tətbiq edilməsi haqqında fərman imzalayıb."Bu gün vitse-prezident Co Bayden Polşa, Estoniya, Latviya və Litva kimi NATO üzvü müttəfiqlərlə görüşmək üçün Avropaya gedəcək. Mən də gələn həftə Avropaya gedəcəyəm. Mesajımız dəqiq olacaq: NATO müttəfiqləri olaraq müdafiə mövzusunda ümumi məsuliyyətlərimiz var. Biz də onlara tabe olacağıq" - deyə Obama ötən günkü çıxışında bildirib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !