ABŞ prezidenti Barak Obama fransalı həmkarı Fransua Ollandla birgə mətbuat konfransı zamanı Türkiyənin öz hava məkanını müdafiə etmək haqqı olduğunu qeyd edib. APA-nın "Kommersant”a istinadən verdiyi xəbərə görə, bu barədə ABC telekanalı məlumat yayıb.
"Türkiyənin, digər ölkələr kimi, öz ərazisini və öz hava məkanını müdafiə etmək haqqı var ", deyə o qeyd edib. Prezidentin sözlərinə görə, Rusiya Türkiyə sərhədlərinə yaxın ərazidə əməliyyatlar aparır: "Əgər Rusiya hava zərbələrini ancaq İŞİD-in mövqelərinə endirsəydi, bu insident yəqin ki baş verməzdi”.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !