Obama və Merkel Rusiyanı təhdid etdi

18:42 | 03.05.2014
Obama və Merkel Rusiyanı təhdid etdi

Obama və Merkel Rusiyanı təhdid etdi

ABŞ prezidenti Barak Obama və Almaniyanın kansleri Anqela Merkel Rusiyanı yeni, iqtisadiyyatın daha geniş sahələrini əhatə edən sanksiyalarla təhdid edib.APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, bunu Obama və Merkel Ağ Evdə keçirilən birgə mətbuat konfransında bəyan ediblər. “Biz hazırkı Ukrayna hökumətini dəstəkləyirik və seçkilərin mayın 25-də baş tutacağına ümid edirik”, - deyə Merkel bildirib. Öz növbəsində, Obama bəyan edib ki, Slavyanska girov saxlanılan ATƏT müşahidəçilərinin azadlığa buraxılması üçün Rusiya özünün təsir vasitələrindən istifadə etməlidir. “Ukrayna hökumətinin ölkənin şərqində qayda-qanunu bərpa etməyə haqqı var”, - deyə Obama vurğulayıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür