Obamanın qızına elçi çıxdı

10:56 | 27.05.2015
Obamanın qızına elçi çıxdı

Obamanın qızına elçi çıxdı

Keniyadan olan cavan Feliks Kiprono ABŞ prezidenti Barak Obamanın qızına elçi çıxıb.

ANS PRESS-in məlumatına görə, "The Nairobian" nəşri xəbər verir ki, gənc, Mali Obamanı almaq qarşılığında ümumilkdə 150 baş olmaqla 50 inək, 70 qoyun və 30 keçi təklif edir.

Gəncin işi də var. O ölkəsində vəkil işləyir və qıza böyük məhəbbət bəslədiyini iddia edir- "Mən onunla 2008-ci ildən bu yana maraqlanıram”- deyə iddialı gənc bildirir. 

Onun sözlərinə görə Obamanın qızına sadiqlik andı içəndən bəri heç bir xanımla münasibət qurmayıb. "Mən sirrimi ailəmə açdım və onlar mənə kömək etməyə hazırdılar”- deyə Kiprono bildirir.

O ümid edir ki, iyulda nəzərdə tutulan Keniyaya rəsmi səfəri zamanı Barak Obama ata yurduna qızını da gətirəcək. Kiprono Maliyə evlilik təklifini məhz qızın əcdadlarının diyarında etmək fikrindədir.

"İnsanlar fikirləşə bilər ki, məni onun (Obamanın) ailəsinin pulları maraqlandırır, lakin bu belə deyil. Mənim sevgim əsldir”- deyə yeznəliyə namizəd iddia edir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM