Obyektivdə: Bakıda aldatmanın yeni növü - ANN.TV

13:00 | 30.04.2015
Obyektivdə: Bakıda aldatmanın yeni növü - ANN.TV

Obyektivdə: Bakıda aldatmanın yeni növü - ANN.TV

Son zamanlar Bakı sakinlərinin telefonlarına "ekspertlər”in içməli suyun keyfiyyətinin yoxlanılmasına dair təkliflər gəlir. Buna inanan bəzi sakinlər təklifi qəbul edib öz evlərində yoxlamalara icazə verirlər. Bu zaman adamlar yoxlamaların nəticələrindən çox məyus qalırlar. "Araşdırmaçılar” sakinləri inandırırlar ki, analiz etdikləri içməli su çox ziyanlıdır və tərkibində ziyanlı qarışıqlar var. İlk növbədə yoxlanış aparan şəxs suya onun minerallaşma dərəcəsini ölçən xüsusi alət- TDS-metri salır. Daha sonra o, sakinlərə qeyri-müəyyən - dəyişkən tempraturda suyun dəyişən minerallaşma rəqəmlərini göstərir. 

Məsələ ondadır ki, özünü mütəxəssis adlandıran şəxs gətirdiyi suda həmən rəqəm sıfıra yaxın olur. Bu distillə edilmiş suyun mineral duzlar və ilk elementlərdən praktiki məhrum olunmasına görə belə görünür. Qeyd edək ki, sudakı cüzi duz miqdarı və bəzi mikro-elementlər orqanizmə xeyirlidir. Həmin ölçü aləti xüsusi sertifikatla təsdiqlənməyib və laboratoriyalarda istifadə edilmir. İstehsalı belə davam etdirilmir. 

ANN.TV-nin çəkiliş qrupu bu mövzunu hazırlayıb. Həmin video-reportajı oxuculara təqdim edirik

Hazırladılar: Zülfiyyə Səfixanova
Fəridə Alıyeva
 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM