OBYEKTİVDƏ: Sumqayıt qatarından razı olan varmı? - ANN.TV

10:50 | 08.10.2015
OBYEKTİVDƏ: Sumqayıt qatarından razı olan varmı? - ANN.TV

OBYEKTİVDƏ: Sumqayıt qatarından razı olan varmı? - ANN.TV

Sumqayıt əhalisinin çoxdan gözlədiyı elektrik qatarı artıq fəaliyyətinə başlasa da, müşahidələr ondan istifadə edənlərin sayının bir o qədər çox olmadığını deyir. Kimisə bunu gediş haqqının çox olması, kimisi qatarın ara stansiyalarda saxlamaması, kimisi isə Sumqayıtdakı qatar stansıyasının mərkəzdən uzaq olması ilə izah edir.

ANN.TV-nin çəkiliş qrupunun hazırladığı video-süjet elektrik qatarlarından lazımınca istifadə olub-olmamasına həsr edilib. Əməkdaşlarımız nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynovun, eləcə də vətəndaşların fikrini öyrənib.

Qedy edək ki, Bakı-Sumqayıt elektrik qatarında gediş haqqı bir sərnişin üçün 80 qəpıkdir. Eyni marşrut üzrə avtobusda gediş haqqı isə 40 qəpık təşkil edir. Halbuki elektrik qatarları hər zaman ən ucuz nəqliyyat növü sayılıb. 

Hazırladılar: 
 
Rusif Hüseynov
Şahpəri Abbasova


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb