Dəfələrlə bel kadrların şahidi olmuşuq: Yerdə
sarı zolağin çəkilməsinə və "Saxlamaq qadağandır" yol nişanının olmasına baxmayaraq dar
küçələrdə sürücülər yol kənarların avtomobilərini dayandırıblar. Nəticədə nə maşınlara, nə
də piyadalara getməyə yol qalmayıb. Beləliklə, şəhərdə süni tıxacların yaranmasına səbəb olublar.
ANN.TV-nin çəkiliş qrpunun araşdırdığı növbəti mövzu paytaxtda süni tıxaclar yaradaanlarla bağlıdır. Əməkdaşlarımız belə problemin yaranmasına səbəb olan "London" taksi sürücülərndən, şəhər sakinlərindən məsələyə münasibət öyrənməyə çalışıblar. Həmçinin Dövlət Yol Polisinin mətbuat katibi Kamran Əliyevlə də əlaqə saxlamağa cəhd etsələr də, əməkdaşlarımızın telefon zənglərinə cavab verən olmayıb.
Video-süjeti oxuculara təqdim edirik:
Hazırladılar:
Rusif Hüseynov
Aynur Əlisoy
www.ann.az