Bir çox insanlar ev alqı-satqısında və ya kirayə zamanı maklerdən istifadə edir. Ancaq onların köməyindən istifadə edən şəxslərə, bu yardım necə deyərlər, bir az baha başa gəlir. Maklerlər isə özlərindən qeyri-rəsmi rüsumlar müəyyənləşdirdiyindən ev bazarında müxtəlif qiymətlər yaranır. Bəs görəsən maklerlərin aldıqları bu rüsumlar onlara müqavilə əsasında verilirmi?
ANN.TV-nin çəkiliş qrupunun araşdırdığı övbəti mövzu buna həsr olunub. Əməkdaşlarımızın apardığı araşdırma zamanı alıcı-makler-satıcı arasındakı münasibətlərə aydınlıq gətirilib, maklerlərin vasitəçilik etdiyi şəxslərdən nə qədər gəlir əldə etməsi öyrənilib. Ev alqı-satqısında. eləcə də kirayə evlərin tutulmasında maklerlərin rolunun mənfi və müsbət tərəfləri qeyd olunub, buna ekspert rəyi öyrənilib.
Müəlliflər: Babək Mirzəzadə
Rusif Hüseynov
Bizi sosial şəbəkələrdə izləyin !