Obyektivdə: Nəqliyyatın intellektual, yoxsa qeyri-intellektual problemi – ANN.TV

16:52 | 28.01.2015
Obyektivdə: Nəqliyyatın intellektual, yoxsa qeyri-intellektual problemi – ANN.TV

Obyektivdə: Nəqliyyatın intellektual, yoxsa qeyri-intellektual problemi – ANN.TV

Nəqliyyatın intellektual idarəetmə sistemi 2011-ci ildən Azərbaycanda fəaliyyətə başlayıb. Amma ötən müddət ərzində bu sistem öz intellektini lazımi səviyyədə sübut edə bilməyib. Böyük maliyyə hesabına başa gələn və qurularkən böyük ümüdlər bəslənilən bu sistemin hazırda tamamilə istifadəsiz qaldığını demək mümkündür. Bir çox dayanacaqlarda bu elektron tablolar ya ümumiyyətlə işləmir, ya da quraşdırılan monitorlar sərnişinlərə düzgün məlumat vermir.

ANN.TV-nin çəkiliş qrupunun hazırladığı video-süjet Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin fəaliyyətinə həsr olunub. Sərnişinlər terminalların düzgün işləmədiyinə  görə ondan istifadə etmədiklərini bildirirlər. Bəzi sürücülər isə ümumiyyətlə, belə bir sistemin varlığından xəbərsizdirlər.
 
Mövzu ilə bağlı Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı da açıqlama verib. 

Hazırladılar: Babək Mirzəzadə
Şahpəri Abbasova
 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM