Mayın 9-da Moskvada böyük parad keçiriləcək - Rusiya Federasiyası onlarla ölkə rəhbərini dəvət edərək II Dünya Müharibəsində faşist Almaniyasına qalib gəlməsinin 70-ci illiyini qeyd edəcək.
Fəxrlə qeyd etmək lazımdır ki, amansız faşizm-nasistləri üzərində qalibiyyət payında Azərbaycanın da özünəməxsus yeri var.
ANN.TV-nin çəkiliş qrupunun "Obyektivdə" rubrikası çərçivəsində hazırladığı reportaj 104 yaşlı müharibə veteranı haqqındadır. Bakı sakini olan Allahverdi Əliyev müharibədə piyada polkunda döyüşüb, bir neçə dəfə ağır yaralanıb. Onun Krımda başlanan döyüş yolu Varşavada bitib.
Allahverdi Əliyevin keçdiyi döyüş yolu, hazırkı yaşam imkanları, ehtiyacları, ahıl yaşında nələr hiss etməsi haqqında onun öz dilindən dinləyək.
Hazırladı: Aynur Məmmədova
Bizi sosial şəbəkələrdə izləyin !