I Avropa Oyunları ərəfəsində Bakının ictimai tualetlərinin durumu - ANN.TV

14:40 | 18.05.2015
I Avropa Oyunları ərəfəsində Bakının ictimai tualetlərinin durumu - ANN.TV

I Avropa Oyunları ərəfəsində Bakının ictimai tualetlərinin durumu - ANN.TV

Yarızarafat, yarıciddi belə bir ifadə var: "Mədəniyyət tualetdən başlayır". Bu məsəlin ciddiyyəti ona görə mühümdür ki, evimizə gələn qonaq böyük ehtimalla o otağa baş çəkəcək, təbii ehtiyacını ödəyəcək. Əgər orada vəziyyət dözülməz haldadırsa, ev-eşik xalçalarla, gəbələrlə döşənsə də, ən müasir və bahalı mebellərlə, qab-qacaqlarla, antik aksesuarlarla bəzədilsə də, tualetdəki antisanitariya halı qonağın ev sahibi haqqında təəssüratının "sıfır" olmasına gətirib çıxaracaq. 

Çox qısa müddət sonra Azərbaycan da ev sahibi kimi minlərlə qonağa qapılarını açacaq, bəzəkli-düzəkli "otaqlarında" xarici turistlərin sədası eşidiləcək. Sözsüz ki, I Avropa Oyunlarını izləyəcək qonaqlarımız təbii ehtiyaclarını ödəmək üçün tualetlərə də üz tutacaqlar. Bəli, qonaqlar üçün ayrılmış hotellərin tualetlərində vəziyyətin kifayət qədər müsbət olduğuna inanırıq. Amma Bakının, eləcə də yarışların keçiriləcəyi digər şəhərlərin ictimai tualetləri hansı vəziyyətdədir? Axı, şəhəri gəzmək, görmək istəyən turistin yolunun ictimai tualetlərə düşməyəcəyinə kim təminat verə bilər ki? 

ANN.TV-nin cəkiliş qrupu ictimai tualetlərin vəziyyətini araşdırmaq üçün bir neçə ünvanda olub və qarşılaşdıqları durumu lentə alıblar. Nəticəni bilmək üçün video-süjetə baxmaq lazımdır.

Hazırladılar: Zülfiyyə Səfxanova
Şahpəri Abbasova
Babək Mirzəzadə

  


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb